Ötən gün “Neftçi” və “Qarabağ” arasında keçirilən Azərbaycan derbisindən öncə azarkeşlər arasında dava düşüb.
Tribunainfo.az xəbər verir ki, iki komandanın fanatları bir-birlərinə hücum ediblər.
Bununla bağlı DİN-ə sorğu ünvanladıq. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, yaşanan insident nəticəsində 4 nəfər saxlanılıb:
“Dünən paytaxtın Nizami rayonunda yerləşən stadionda keçirilən “Neftçi”-“Qarabağ” oyunundan əvvəl hər iki komandanın azarkeşləri arasında ictimai asayişin pozulması halı qeydə alınıb. İnsidentlə bağlı polis lazımi qabaqlayıcı tədbirlər görüb, 4 nəfər saxlanılaraq ərazi üzrə Polis Şöbəsinə gətirilib. Araşdırma aparılır”.