“Neftçi”də futbolçuları tək-tək dindirdi, hamı 1 nəfərdən ŞİKAYƏTLƏNDİbackend

“Neftçi”də futbolçuları tək-tək dindirdi, hamı 1 nəfərdən ŞİKAYƏTLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

«Neftçi»nin yeni baş məşqçisi Samir Abasov komandanın psixoloji ab-havasını dəqiq öyrənmək məqsədilə maraqlı üsula əl atıb.

Bir neçə gün öncə 2 illik müqaviləyə imza atmış mütəxəssis futbolçularla ayrı-ayrılıqda söhbət edib, onların hər birinə aşağı-yuxarı eyni sualı verib – sənin fikrincə, niyə qələbə qazana bilmirsiz?

Oyunçuların demək olar hamısı ona bir cavabı verib. nə deyiblər?

Kollektivin üzvləri Roman Qriqorçukdan xoşlanmadıqlarını etiraf edib. İun ayında görəvə gəlmiş ukraynalı çalışdırıcının məşq prosesindən, onlara sərt münasibətindən gileylənib.

Bildiriblər ki, Qriqorçuk köhnə hazırlıq metodundan istifadə etməklə yanaşı, təhqiramiz ifadələri tez-tez işlədib, daim gərginlik yaradıb.

Həmçinin onun uzun-uzadı iclaslar keçirməsindən, bəzən 1 saat dayanmadan danışmasından gileylənib, mütəmadi təkrarlanan bu cür toplantıların yorucu olmasını söyləyiblər.

sportinfo.az