“Neftçi” cərimələndi

“Neftçi” cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AFFA İntizam Komitəsi “Zirə” və “Neftçi” klubunu cərimələyib.

Onlar Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda yaşananlara görə ziyana düşüblər.

“Zirə” beş üzvü “Araz-Naxçıvan”la oyunda (0:2) sarı vərəqə aldığı üçün 700 manat, azarkeşlərin hakimlərin ünvanına təhqiramiz ifadələr işlətməsi ucbatından (cari mövsüm ikinci dəfə yaşanır) 500 manat ödəyəcək.

“Kəpəz”lə oyunda (1:0) qırmızı vərəqə alan “Neftçi”nin hücumçusu Bassalu Sambu 2 oyunluq cəzalanıb, “Neftçi”yə isə 1500 manatlıq cərimə tətbiq edilib.