Neftçalanın Xolqaraqaşlı kəndində fərdi yaşayış evində baş verən partlayış nəticəsində yanıq xəsarətləri alan şəxs vəfat edib.
Tribunainfo.az “Report”a istinadla xəbər verir ki, xəstəxanaya yerləşdirilən 1995-ci il təvəllüdlü Əzizov Babək Bəylər oğlu həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, partlayış nəticəsində onun qardaşı, 2001-ci il təvəllüdlü Əzizov Bayram Bəylər oğlu hadisə yerində ölüb.
Qonşuların sözlərinə görə, partlayışa səbəb döşəməyə dolğu vurulan zaman siqaret yandırılması olub. Bu zaman evdə partlayış baş verib.
Hadisə yerinə gələn yanğınsöndürənlər tərəfindən yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində təmir işləri aparılan ümumi sahəsi 30kv.m. olan otağın qamışdan ibarət tavanı və pəncərə çərçivəsi yanıb.
Faktla bağlı araşdırma aparılır.