Neftçala Rayon İcra Hakimiyyəti Başçısının Tatarməhələ Kənd İnzibati Ərazi üzrə Nümayəndəliyinin dəftərxana malları və mebel inventarlarının alınması ilə bağlı elan etdiyi kotirovka sorğusu ləğv olunub.
Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.
Qeyd olunub ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.
1 192 manat dəyərində alınacaq məhsullara kağız, qələm, qovluq, pozan, kley, fayl, xətkeş, stol-stul və şkaf daxildir.