“Neftçala Fish” gömrük qaydalarını pozur

“Neftçala Fish” gömrük qaydalarını pozur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Neftçala Fish” MMC ilə bağlı cərimə protokolu imzalanıb.

Tribunainfo.az xəbər verir ki, sözügedən şirkətin İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 482.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir.

“Neftçala Fish” şirkəti ilə bağlı iş baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib. 17 yanvar tarixində hakim Azər Tağıyevin sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, cərimələnməsi gözlənilən şirkətin baş direktoru Məmməd Nəzərəliyevdir.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar