Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dünya birjalarında neft yenidən bahalaşıb.
 
TİA.AZ  xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,32 dollar və ya 0,48% artaraq 67,39 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,56 dollar və ya 0,78% artaraq 72,58 dollar təşkil edib.