Dünya birjalarında neft ucuzlaşıb.
Dünya birjalarında neft ucuzlaşıb.
TİA.AZ xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,24 dollar və ya 0,51% azalaraq 46,83 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,27 dollar və ya 0,54% azalaraq 49,41 dollar olub.