Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.
Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.
TİA.AZ xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,60 dollar və ya 1,15% azalaraq 51,57 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,41 dollar və ya 0,74% azalaraq 54,64 dollar olub.
Azərbaycan nefti də 1 dollardan çox ucuzlaşıb.
Belə ki, “AzeriLight” markalı neftin 1 barelinin qiyməti 1,04 dollar və ya 1,82% azalaraq 56,16 dollar təşkil edib.