Ötən ilin yanvarında ölkədə 1,5% iqtisadi kiçilmə olduğu halda, bu ilin ilk ayında 5%-lik iqtisadi artımın qeydə alınması əsasən tikinti sektoru hesabına mümkün olub.
Tribunainfo.az yazır ki, bu sözləri iqtisadçı Rövşən Ağayev deyib. O bildirib ki, tikinti sektorunda 67%-lik böyümə qeydə alınıb. 2023-ün yanvarında sektorun böyüməsi 28% təşkil etmişdi.
“Bu ilin 1 ayınn nəticələrinə görə 5%-lik iqtisadi böyümənin dörddə üçü məhz tikinti sektoru hesabına baş verib. Neft-qaz sektoruna investisiyaların həcmi 45%-ə yaxın artıb (ötən ilin yanvarında 8% azalma olmuşdu). Sərmayələrin artımına baxmayaraq neft-qaz sektorunda hasilat azalmaqda davam edir.
Bu ilin yanvarında əvvəlki ilin eyni dövü ilə müqayisədə xam neft hasilat 2,2 mln. ton (8,3% azalıb). Qaz hasilatının həcmində isə 4%-dən bir qədər çox artım qeydə alınıb” deyə, R.Ağayev əlavə edib.