“Neft həm fayda, həm də problem gətirə bilər”- İlham Əliyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə və Azərbaycan birliyi bölgəyə sabitlik gətirir, təhlükəsizlik tədbirlərini gücləndirir” 
“Türkiyə və Azərbaycan birliyi bölgəyə sabitlik gətirir, təhlükəsizlik tədbirlərini gücləndirir”

Bunu Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində çıxışı zamanı deyib.

Prezident bildirib ki, Azərbaycan Dövlət Neft Fondu dünyada mövcud olan neft fondları arasında ən şəffaf fondlardan biridir və Birləşmiş Millətlər Təşkilatının da mükafatına layiq görülüb:

“Birinci şərt tam şəffaflıqdır. Neft Fondumuzda yığılan vəsaitlə bağlı məlumatlar mütəmadi qaydada ictimaiyyətə verilir. İkinci məsələ neftdən əldə edilən gəlirlərin düzgün istifadə olunmasıdır. Biz neftdən əldə edilən gəlirləri ilk növbədə infrastruktur layihələrinə yönəltdik. Bu gün biz nəinki nefti, qazı, eləcə də son illərdə tikdirdiyimiz onlarla elektrik stansiyasının istehsal etdiyi enerjini ixrac edirik. Biz sosial infrastruktur layihələrinə, məktəb və xəstəxanaların tikintisinə böyük vəsait ayırmışıq. Yoxsulluqla çox ciddi mübarizə aparırıq. Neft sektoru əslində çox iş yerləri yaradan sektor deyil. Buna baxmayaraq biz neftdən əldə olunan gəlirləri digər sektorlara yönəldərək yoxsulluğu və işsizliyi aşağı səviyyəyə sala bildik və bu gün haradasa 5-6 faiz səviyyəsindədir. Yəni düzgün siyasət və düzgün addımlar nefti həm faydalı edə bilər, həm də bundan ölkələr problemlər görə bilər. Hesab edirəm ki, Azərbaycanın təcrübəsi uğurludur. Bizim ölkəmizə böyük həcmdə xarici sərmayə qoyulur və biz də öz növbəmizdə xarici ölkələrə sərmayələr qoyuruq. Burada birinci yerdə qardaş ölkə Türkiyədir: Türkiyənin enerji sektoruna bu günə qədər 10 milyard dollar sərmayə qoyulub. Növbəti illərdə bu rəqəm təxminən iki dəfə artacaq. Biz sözlə, bu gün enerji təhlükəsizliyi deyəndə bizim icra etdiyimiz layihələr yada düşür”.

Dövlət başçısı vurğulayıb ki, Türkiyə və Azərbaycan birliyi, dostluğu, qardaşlığı təkcə iki ölkənin mənfəətini, uğurlu gələcəyini müəyyən etmir, bunun bölgəyə çox böyük təsiri var: “Bu, bölgəyə sabitlik gətirir, yeni iş yerlərinin yaradılmasına xidmət edir, təhlükəsizlik tədbirlərini gücləndirir və geniş əməkdaşlığa qapılar açır”.

Dövlətimizin başçısı qeyd edib ki, bu gün qaz faktoru dünyada enerji təhlükəsizliyini təmin edən əsas şərtdir: “Bu baxımdan Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində öz töhfəsini verməkdədir. Eyni zamanda, Azərbaycan qazı Avropaya nəql ediləcək yeganə yeni qaz mənbəyidir, çünki bütün qalan qaz mənbələri fəaliyyətdədir. Yeni mənbə artıq aşkarlanıbdır və yeni xətlə bu qaz ehtiyatları Avropa bazarlarına çıxarılacaqdır. Yəni bizim üstünlüyümüz ondan ibarətdir ki, hər iki faktor burada var. Bu da enerji diversifikasiyası istiqamətində çox ciddi bir addımdır”.

İlham Əliyev bildirib ki, Azərbaycan öz məsuliyyətini dərk edir: “Biz yaxşı başa düşürük ki, tərəfdaş ölkələrlə birlikdə icra etdiyimiz layihələr bir çox ölkələrin enerji balanslarını və enerji təhlükəsizliyini təmin edəcək, onlara kömək edəcək. Biz bu məsuliyyəti öz üzərimizə götürərək, ümid edirəm ki, yaxşı nəticələr göstəririk. Bu konqresdə əlbəttə ki, neft-qaz məsələləri diqqət mərkəzindədir”.

Prezident deyib ki, adətən, neftlə zəngin olmayan ölkələr düşünürlər ki, kaş bizdə də neft olaydı, biz də bundan istifadə edə bilərdik: “Amma mən deyə bilərəm ki, neft həm fayda gətirə bilər, həm də problem, başağrısı yarada bilər. Baxır, neftdən necə istifadə edirsən. Biz Azərbaycanda çalışırdıq ki, “qara qızıl”ı insan kapitalına çevirək və hesab edirəm ki, buna nail olduq. Biz neftdən əldə edilən gəlirləri ilk növbədə çox şəffaf şəkildə qoruyuruq”.