Neft gəlirlərindən xalqın payına nə düşəcək? – Deputatdan sualbackend

Neft gəlirlərindən xalqın payına nə düşəcək? – Deputatdan sual

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Növbədənkənar sessiyada Rəqabət Məcəlləsinin müzakirəyə çıxarılmasına ehtiyac var.

TİA.AZ Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.

O qeyd edib ki, Azərbaycanda monopoliyanın olması inflyasiya göstəricilərinə də təsir edir: “Dövlət büdcəsi ilə bağlı proqnozlara aydınlıq gətirilməli məsələlər var. Hansı əsasla ilin ilk 5 ayında ümumdaxili məhsulun həcmi 7 faizin üzərində olduğu bildirilir və ilin sonrakı dövründə 5 faiz ətrafında olacaq?

Bundan əlavə inflyasiya göstəricisi 12.5 faizdir. Hansı əsasla qeyd etmək olar ki, ilin sonrakı dövründə də bu rəqəmlər ətrafında olacaq? Mən buna inanmıram”.

Əli Məsimli vurğulayıb ki, neft gəlirlərinin artımından Azərbaycan xalqının payına nə düşəcək, bunu qeyd etmək lazımdır.