Neft Fondundan qızıl ehtiyatı ilə bağlı – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il ərzində qızılın miqdarında heç bir dəyişiklik baş verməyib. 

Bu il ərzində qızılın miqdarında heç bir dəyişiklik baş verməyib.

TİA.AZ xəbər verir ki, bu barədə Dövlət Neft Fondu məlumat yayıb.

Fond bəzi kütləvi informasiya vasitələrində ARNDF-nin investisiya portfelinə daxil olan qızıl ehtiyatı ilə bağlı dərc olunan məqalələrə münasibət olaraq bildirib ki, ARDNF-nin investisiya portfelinə daxil olan qızılın miqdarı hazırda 30 175 kq (970 146 troya unsiyası) təşkil edir. Bu il qızılın miqdarında heç bir dəyişiklik baş verməyib:

“Bir daha qeyd edirik ki, ARNDF-nin investisiya portfelinə daxil olan qızılın Mərkəzi Bankdan ARDNF-nin inzibati binasında yerləşən xəzinəyə daşınması prosesi 2017-ci ildə tam başa çatdırılıb. ARDNF-nin investisiya portfelinə daxil olan qızıl yatırımları ilə bağlı məlumatlar ARDNF-nin rüblük və illik hesabatları vasitəsi ilə mütəmadi olaraq ictimaiyyətə açıqlanır.