Bakıda Neft Emalı Zavodunun ərazisində baş verən yanğınla bağlı çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb edilib.
Bu barədə TƏBİB-dən bildirilib. Qeyd olunub ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 10:00 radələrində sözügedən yanğınla bağlı çağırış daxil olub, 3 təcili tibbi yardım briqadası əraziyə cəlb olunub.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Tribunainfo.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub. Polis əməkdaşları tərəfindən ərazi mühafizəyə götürülməklə bütün zəruri təhlükəsizlik tədbirləri görülür.