Nizami rayon İcra hakimiyyəti ilə bağlı məhkəməyə müraciət olunub.
Tribunainfo.az xəbər verir ki, Nizami İH-lə bağlı iddianı Heydər Əliyev adına Neft Emalı Zavodu qaldırıb. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri ilə əlaqədar mübahisədir.
İcra hakimiyyəti ilə bağlı iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 7 noyabr tarixində hakim Cahangir Yusifovun sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, Nizami rayon icra hakimiyyətinin başçısı Coşqun Cəbrayılovdur.
Tərəfləri dinləməyə hazırıq.
Nigar