Brent nefti kəskin ucuzlaşıb.
TİA.AZ “Marja”ya istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:50-yə olan məlumata görə, Brent nefti 8% ucuzlaşma ilə 46,90 dollardan, ABŞ xam nefti də təxminən 8,3% ucuzlaşma ilə 44,13 dollardan alıcı tapıb.
Qeyd edək ki, neft ABŞ-da hasilatın artması ilə əlaqədar olaraq ucuzlaşır. ABŞ-da artmaqda olan istehsal, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və digər bəzi istehsalçıların hasilatı azaltmalarınıntəsirlərini silir.
Qeyd edək ki, Brent nefti bu ilin birinci rübündə 57 dollaradək bahalaşımışdı. Həmin qiymət ilə müqayisədə artıq neft təxminən 17,5% ucuzlaşıb.
Neftin 40 dollara və daha da aşağı düşə biləcəyi proqnozlaşdırılır.