“Goldman Sachs Group Inc” OPEC və Rusiyanın daha az neft hasil edəcəkləri yöndə verdikləri vədə sadiq qalacaqları halda neftin qiymətinin 60 dollardan yuxarı qalxacağını açıqlayıb.
“Goldman Sachs Group Inc” OPEC və Rusiyanın daha az neft hasil edəcəkləri yöndə verdikləri vədə sadiq qalacaqları halda neftin qiymətinin 60 dollardan yuxarı qalxacağını açıqlayıb.
TİA.AZ xəbər verir ki, “Goldman Sachs”ın noyabrın30-da açıqladığı bəyanatda 2017-ci ilin ilk yarısında WTI neftinin 55 dollar, Brent markalı neftin isə 56.50 dollar olacağını irəli sürüb. Bankın qeydində bildirilir ki, bu vəziyyət təşkilatın neft hasilatını gündəlik 32.7 milyon barel azaldacağı yönündə sözünə sadiq qalması və Rusiyanın 350 min barel istehsal kəsintisinə getməsi halında reallaşacaq.
Qeyd edək ki, OPEC səkkiz ildən bu yana ilk dəfə neft istehsalını azaltmaq istiqamətində razılaşma əldə edib..Mogan Stanley neft bazarının 2017-ci ilin ilk yarısında yenidən tarazlığa qovuşacağını düşünür.