“Nəfis dad” kolbasasından karton çıxdığı iddia edilir. Bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu ünvanladıq. Agentliyin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, qeyd olunan məsələ qurum tərəfindən nəzarətə götürülüb: “Sosial şəbəkələrdə yayılan görüntülər əsasında müvafiq araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək”.