Müğənni Nəfəs yenidən geyimi ilə gündəmə gəlib.
İfaçı məkanların birində səhnəyə çıxarkən seçdiyi geyim izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.
Nəfəs həmin görüntüləri sosial media hesabında paylaşaraq, belə şərh yazıb:
“İllər öncə bu səhnəni arzu etdim. Bu an isə böyük səhnəni. Mən sizinlə, siz də mənimlə”.
Qeyd edək ki, müğənni paylaşdığı görüntülərin rəy bölümünü bağlayıb./Yenisabah.az