NƏBATƏT BAĞININ PARK OLMASI NARAZILIQ DOĞURDUbackend

NƏBATƏT BAĞININ PARK OLMASI NARAZILIQ DOĞURDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin yanında yerləşən Bakı Nəbatət Bağı dağıdılıb yerinə modern tipli park salınacağı xəbəri düzdürsə, belə bir şey faciədir. Bakı Nəbatət Bağı klassik nəbatət bağı tərzində olan bir yerdir, hər şey də demək olar yerindədir. Onun bəzi yerlərində insan özünü meşədə hiss edir. Bakıda ikinci belə bir yer yoxdur. Abşeron üçün o əvəzolunmazdır. Abşeronda belə bağın bitməsi özü bir möcüzədir.

Tribunainfo.az yazır ki, mövzu ilə bağlı narahatlığını dilə gətirən hüquqşünas Fərhad Mehtiyevin sözlərinə görə, əgər yayılan məlumat doğrudursa, bu sadəcə barbarlıq deyil, həm də şəxsi məqsədlərlə varlanma məqsədini güdən bir lahiyədir:

“Bakını sevən hər bir Bakı sakini bu Bağın saxlanılması üçün etirazlar, müraciətlər etməlidir. KİV-lərə çağırış edirəm ki, məsələni gündəmdə saxlasınlar və araşdırsınlar, təklif kimdən gəlib, lahiyəni kim təsdiq edib, məsələyə göz yummasınlar”.

Tribunainfo.az