Türkiyənin məşhur aktrisası Nebahat Çehrə bir tikinti şirkətinin 10 milyon liralıq reklam təklifini rədd edib.
Tribunainfo.az xəbər verir ki, bu ilin fevralında Türkiyədə baş vermiş dəhşətli zəlzələdə minlərlə binanın yerlə bir olmasından təsirlənən aktrisa tikinti işi aparan şirkətlərin teklamına çəkilməkdən qorxduğunu bildirib.
“Ən son zəlzələdə yüzlərlə bina minlərlə insana məzar oldu. Mənim reklamına çəkildiyim bina nə vaxtsa uçsa, dağılsa mən özüm məhv olaram. Hər şey puldan ibarət deyil” deyərək aktrisa reklamdan imtina edib.
Aktrisanın bu davranışı İllər öncə Kamal Sunalın da atdığı addımı xatırladıb. K.Sunala da Antalyada tikilən binaların reklam üzü olmaq təklif edilmiş və ona həmin binalarda mənzillər veriləcəyi bildirilibmiş. Lakin aktyor bu təklifi rədd edib. Cavabı isə belə olub:
“Mən reklamında oynadığım üçün insanlar mənə güvənərək oradan ev alsalar, bir gün o evlər aşsa, dağılsa, vicdanıma nə cavab verərəm?”.