Gözəlliyi ilə illərə meydan oxuyan Türkiyənin məşhur aktrisası Nebahat Çehre yenə görüntüsü ilə gündəm olub.
Tribunainfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, 79 yaşlı məşhur aktrisa həmişə olduğu kimi bu dəfə də geyimi, bədəni, üslubu ilə diqqət çəkib. Jurnalistlərin suallarını cavablandıran aktrisa yeni seriallara çəkilməmə səbəbindən də danışıb:
“Pul qazanım deyə ürəyimcə olmayan heç bir projeni qəbul etmirəm. “Haziran gecəsi”, “Aşk-ı Memnu”, “Möhtəşəm Yüz il” unudulmaz möhtəşəm işlər idi. O seriallarda güclü xarakterlərə həyat verdim. İndi mənasız, adi bir qadın rolunu oynaya bilmərəm”.