Dünyada ən yüksək maaş alan futbolçu rəsmi olaraq Argentina yığmasının hücumçusu Karlos Teves olub.
Dünyada ən yüksək maaş alan futbolçu rəsmi olaraq Argentina yığmasının hücumçusu Karlos Teves olub.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 32 yaşlı futbolçunun “Şanxay Şenxua” klubuna keçidi rəsmiləşib.
Onun yeni klubunda məvacibi həftədə 615 min funt sterlinq təşkil edəcək. Bununla Karlos Teves dünyanın ən yüksək maaş alan futbolçusu olub.
Qeyd edək ki, K.Teves müxtəlif illərdə İngiltərənin “Vest Hem”, “Mançester Yunayted”, “Mançester Siti”, İtaliyanın “Yuventus” klubunda oynayıb. Çin klubuna isə doğma “Boka Xuniors” komandasından keçib. Cari mövsümdə Argentina çempionatında K.Teves 10 oyunda 4 qol vurub, 6 məhsuldar ötürmə edib.