Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu. Ermənistanın tələbi ilə dünən baş tutan BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı keçirilən iclasında Azərbaycana qarşı heç bir qətnamə qəbul edilmədi.
Tribunainfo.az yazır ki, hərbi ekspert Ədalət Verdiyevin fikrincə, sərhəddə müəyyən təxribatlara hazır olmalıyıq:
“Bütün cəbhələrdə məğlub olan Ermənistan hakimiyyəti daxili auditoriyanın diqqətini BMT Təhlükəsizlik Şurasının son fəaliyyətindən yayındırmaq üçün hərbi təxribatlarını intensivləsdirə bilər”.
Siyasi şərhçi Asif Nərimanlı isə hesab edir ki, Ermənistan BMT Təhlükəsizlik Şurasında istədiyini əldə edə bilmədi və əsas proses də bundan sonra başlayır:
“Böyük ehtimalla separatçılar son kartlarını işə salacaq, silahlı qarşıdurmaya gedəcəklər. Məsələnin həlli üçün bizə də bu lazımdır”.
Ekspert Natiq Cəfərli isə bildirib ki, BMT erməniləri yola verdi:
“Ermənistan mətbuatını oxuyuram, növbəti xəyal qırıqlığı yaşayırlar. Hələ də anlamırlar ki, Azərbaycan üçün istənilən yol Xankədinə aparır və bu yola vermək deyil, yolla getməkdir”.