“10 noyabr sazişində eni 5 km olan Laçın dəhlizinin varlığından bəhs edilir. Onun rus sülhməramlıları tərəfindən qorunması nəzərdə tutulurdu. Lakin nə dəhliz var, nə də rus sülhməramlıları”. Tribunainfo.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.
O bildirib ki, Azərbaycan “Dağlıq Qarabağ” adlı ərazisinin olmadığını bildirib. “Belə olan halda, həmin sazişdəki qaçqınların köçürülməsi prosesini reallaşdırmaq mümkün deyil”.
Badalyan hesab edir ki, “Dağlıq Qarabağ yoxdursa, bu üçtərəfli bəyannaməyə əsasən bu öhdəlikdən imtina deməkdir”.
O, hərbi əsirlərin geri qaytarılmasından danışarkən, ötən ilin oktyabrında həbs olunmuş separatçıları və terrorçuları da buraya aid edib.
Ermənistan XİN-in rəsmisi onu da qeyd edib ki, 10 noyabr razılaşmasının 9-cu bəndində hər şey sadə dildə yazılıb. “Orada Rusiyanın dəhlizin təhlükəsizliyinin təminatçısı olması nəzərdə tutulmur”.
Badalyan sonda vurğulayıb ki, Ermənistan regional kommunikasiyaların açılmasınında maraqlıdır. “Biz Azərbaycana nəqliyyat-kommunikasiyaların