NƏ BOTOKS NƏ DƏ ESTETİKA! 62 YAŞLI QADIN QIRIŞSIZ DƏRİSİNİN SİRRİNİ AÇIQLADIbackend

NƏ BOTOKS NƏ DƏ ESTETİKA! 62 YAŞLI QADIN QIRIŞSIZ DƏRİSİNİN SİRRİNİ AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

62 yaşlı qadın sosial medianın gündəminə düşüb. O, çox gənc görünməsinin sirrini açıqladı.

Tribunainfo.az “Sabah” xəbər agentliyinə istinadən bildirir ki, botoks da daxil olmaqla heç bir prosedurdan istifadə etməyən 62 yaşlı qadın qırışsız dərisinin sirrini bölüşüb.

Gym Tan adlı qadın yaşlanma prosesini yavaşlatmaq üçün 4 məsləhətini paylaşıb.

Əvvəlcə hər gecə ən az yeddi saat yatdığını söyləyən Gym bunu demək asan olsa da, hər kəsin etmədiyini və sadə görünsə də çox vacib bir detal olduğunu bildirib.

İkincisi; Mütləq idman etmək. Gym Tan bildirir ki, idman cavan bədən və buna uyğun olaraq qırışsız hamar dəri üçün mükəmməl formuladır.

Sağlam qidalanma sistemi Tanın üçüncü sirridir. Rəngarəng meyvə və tərəvəzlərin, sağlam karbohidratların və zülalların balanslaşdırılmış birləşməsi gənc görünmək və gənc hiss etmək üçün ən vacib addımlardan biridir.

Və son olaraq həyata xoşbəxt və pozitiv baxışa sahib olmaq. Bu, sizi ruhən yaxşı hiss etdirən və gənc görünmənizə səbəb olan başlıca amillərdən biridir.