“Nə ana müqəddəsdir, nə müəllim, tək müqəddəs şey puldur”backend

“Nə ana müqəddəsdir, nə müəllim, tək müqəddəs şey puldur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əvvəllər müəllimlik müqəddəs peşə sayılsa da, son vaxtlar bunun əksi müşahidə olunur. Cəmiyyətdə müəllimlərin əvvəlki nüfuzunun qalmadığını rahatlıqla söyləyə bilərik.

Bəs buna səbəb nədir?

Psixoloq Samirə Bağırova bu barədə “Yeni Sabah”a açıqlama verib:

Bu gün tək müəllimlik peşəsi deyil, dövlət qulluqçularının tutduğu bəzi sahələr də nüfuzunu itirib. Elm və Təhsil Nazirliyi, millət vəkilləri, polis, eləcə də müəllimlik peşəsi də cəmiyyətdə əvvəlki nüfuz və hörmətin sahibi deyil. Belə ki, cəmiyyəti psixoloji basqı altında saxlayaraq idarə etməyə can atırlar”.

Psixoloq maddiyatın hər şeydən daha öndə olduğunu vurğulayıb:

“Sosial şəbəkə insanları və cəmiyyəti pozmur. Sosial şəbəkə əslində insanların əsl kimliyini ortaya qoyur. Cəmiyyətin vəziyyətini göstərir. Müasir dünyada artıq müqəddəs deyə bir şey qalmayıb. Nə analar müqəddəs deyil, nə müəllimlər, nə dövlət məmurları, nə də mollalar. Hamının və hər şeyin pula xidmət etdiyi bir dünyada yaşayırıq. Bu gün dünyada yeganə olaraq müqəddəs hesab olunan şey puldur. Vəssalam”.