Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi növbəti tenderin nəticələrini açıqlayıb.
Tribunainfo.az FED.az-a istinadla xəbər verir ki, məktəbəqədər təhsil müəssisələrinə “Maşın və avadanlıqlar” xərc maddəsi üzrə bir sıra malların satın alınması ilə bağlı tenderin qalibi “Koneks Construction” MMC olub.
Qalib şirkətə 3 285 563 manat ödəniləcək.
Xatırladaq ki, “Koneks Construction” MMC 27.11.2019-cu ildə dövlət qeydiyyatına alınıb.Nizamnamə kapitalı 10 manatdır. Qanuni təmsliçisi Mehdi Fərzəliyev Məhəmmədəli oğludur. Hüquqi ünvanı Az1108, Bakı Şəhəri Binəqədi Rayonu, Səttar Bəhlulzadə, Ev 39, M. 202-də yerləşir.