Nazirlikdən xəbərdarlıq: Hava kəskin dəyişəcək, yağış yağacaq, dolu düşəcək

Nazirlikdən xəbərdarlıq: Hava kəskin dəyişəcək, yağış yağacaq, dolu düşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sabahdan ölkə ərazisində havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən TİA.AZ-a verilən məlumata görə, Bakıda, Abşeron yarımadasında və ayrı-ayrı rayonlarda avqustun 6-dək şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Bəzi şimal və qərb rayonlarında avqustun 4-6-da şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağ çaylarında sululuğun artacağı ehtimal olunur.