“Cənab nazir, aztəminatlı ailə olaraq ünvanlı dövlət sosial yardım almaq üçün 03.06.2023-cü il tarixində elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişik. Bu müraciətimiz VEMTAS tərəfindən qeydiyyata alınsa da, dərhal imtina verilib. ÜDSY-dən imtinaya səbəb kimi göstərilib ki, «Ailənin mülkiyyətində və istifadəsində nəqliyyat vasitəsinin olması (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla). Rəhbərlik etdiyiniz nazirlik tərəfindən bizə verilmiş bu imtina əsassızdır. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən bizə verilmiş arayışda göstərilib ki, yoldaşımın adında ümumiyyətlə maşın olmayıb”.
Tribunainfo.az-a gələn məktubda Ucar şəhəri, Heydər Əliyev prospekti, ev 87, mənzil 7-də yaşayan Tağıyev Əli Əlövsət oğlu belə yazır. O, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə müraciət edib. “Mənim adımda olan maşın (1984-cü ilin buraxılışı, vaz 2102 markalı minik avtomobili) 2020-ci ilin iyul ayında satmışam. İmtinada göstərilən maşın tamamilə başqa maşındır. Belə ki, ailəmizə məxsus olan 01 BA 494 dövlət qeydiyyat nişanlı qaz-53 yük maşını göstərilib. Polis İdarəsindən bizə məlumat verdilər ki, bu maşın Tağıyev Əli Əlimirzə oğluna məxsusdur. Yəni bizim ad, soyadlarımız eynidir. Ata adlarımızı fərqlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin qurub-yaratdığı VEMTAS sistemi ata adları müxtəlif olan şəxsləri ayırd edə bilmir. Cənab nazir, mətbuat vasitəsi ilə sizdən xahiş edirəm ki, məni şəxsən özünüz təcili qəbul edəsiniz”.
(050) 715 70 57