Nazirlikdən hava xəbərdarlığı: şimşək çaxacaq, leysan yağacaq

Nazirlikdən hava xəbərdarlığı: şimşək çaxacaq, leysan yağacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Nazirliyin mətbuat xidmətindən TİA.AZ-a verilən məlumata görə, avqustun 15-də ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var.
Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.