“Bir sıra elektron informasiya resurslarında yayılan videosüjetdə Elnur Hüseynzadənin anası oğlunun hərbi xidmətdə olması ilə bağlı bəzi fikirlər səsləndirib”.
“Bir sıra elektron informasiya resurslarında yayılan videosüjetdə Elnur Hüseynzadənin anası oğlunun hərbi xidmətdə olması ilə bağlı bəzi fikirlər səsləndirib”.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən TİA.AZ-a verilən açıqlamada deyilir:
“Bir daha bildiririk ki, keçmiş müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətdə olduğu qısa bir zamanda E. Hüseynzadə intizamsızlığına görə bir neçə dəfə cəzalandırılmasından nəticə çıxarmayıb. Bu səbəbdən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə əsasən xidməti uyğunsuzluğa görə birlik komandirinin əmri ilə ordu sıralarından tərxis olunub. Qeyd etmək lazımdır ki, E.Hüseynzadənin nizam-intizamlı və hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində ailəsinin də rolu olmalı idi”.