Nazirlikdən dərslikdəki “erməni xəritəsi” ilə bağlı – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

nuncu sinif “Tarix” dərsliyində “Böyük Ermənistan” xülyasını əks etdirən xəritənin mövcudluğu ilə bağlı heç bir məlumatım yoxdur.
 

Onuncu sinif “Tarix” dərsliyində “Böyük Ermənistan” xülyasını əks etdirən xəritənin mövcudluğu ilə bağlı heç bir məlumatım yoxdur.

TİA.AZ  xəbər verir ki, bu sözləri açıqlamasında Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib. Nazirliyin sözçüsü bildirib ki, məsələni dəqiqləşdirmək lazımdır.

Qeyd edək ki, tanınmış ictimai fəal və jurnalist Azər Həsrət 10-cu sinif “Tarix” dərsliyində biabırçı səhv baş verdiyini bildirib.

O qeyd edib ki, dərslikdə Ermənistan xülyası olan xəritə yer alıb. Səs-küy qalxdıqdan sonra isə dərsliyin Təhsil Nazirliyi tərəfindən məktəblərdən yığışdırılmasına başlanılıb.

A.Həsrət buna səbəb kimi “hər yoldan ötənə dərslik yazdırıb, hər yoldan ötəni də bu “dərslik”ləri yoxlamaq üçün ekspert təyin etməkdə” görüb.