Nazirlikdən absurd tələb…

Nazirlikdən absurd tələb…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ilin sonu Nazirlər Kabineti dövlət qurumlarının və bələdiyyələrin istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair tələbləri müəyyən edib. Bu tip avadanlığın və proqramların həmin tələblərə uyğunluğunu müəyyən etmək üçün RİNN onlardan 28 adda sənəd tələb edəcək.

 

Tribunainfo.az xəbər verir ki, Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz nazirliyin 28 adda sənəd tələb etməsini tənqid edib. O bildirib ki, bu, Ginnesin rekordlar kitabına düşəcək absurd bir məsələdir:

“Tələb olunan sənədlər arasında avadanlığın və proqram təminatının yeddi arxa dönəninin məlumatları da var. Qurumlar bu 28 sənədi RİNN-ə təqdim etməli, RİNN isə XRİTDX –in rəyi əsasında avadanlığın və proqram təminatının uyğunluğuna dair Şəhadətnamə verməldir.
Şəhadətnaməsi olmayan dövlət qurumları və bələdiyyələr müvafiq avadanlıq və proqramlardan istifadə edə bilməyəcəklər”.

Nigar