Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri vəzifəsindən azad edilib.
Tribunainfo.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, Faiq Mütəllimov öz istəyi ilə şöbə müdiri vəzifəsindən ayrılıb.
O, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndələyinin böyük məsləhətçisi təyin olunub.
2013-cü ildən nazirlikdə işləyən Faiq Mütəllimov 2021-ci ildən Ekoloji siyasət şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Xatıradaq ki, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi sabiq ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevdir.