Nazirlik yoxlama apardı, “Dynamex Express”də qanunsuzluqlar aşkarlandıbackend

Nazirlik yoxlama apardı, “Dynamex Express”də qanunsuzluqlar aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Gets Global Lojistik”in törəmə şirkəti olan “Dynamex Express” MMC cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, “Dynamex Express” MMC-nin Əhmədli filialında Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən yoxlama aparılıb.
Yoxlama zamanı obyektin avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu, ilkin yanğın söndürmə balonları ilə tam təmin edilməməsi, görünən yerlərindən YMX-nin çağırış telefon nömrələrini bildirən lövhələrin asılmaması, istifadə olunan dolabların yanar taxta konstruksiyadan ibarət olması, sahibkarlıq subyektinin icbari sığortaya cəlb edilməsi faktı aşkarlanıb.
“Dynamex Express” MMC barəsində nzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə MMC sözügedən maddə ilə təqsirli bilinərək, 350 manat məbləğində inzibati cərimə edilib. “Dynamex Express” MMC-yə aşkarlanan çatışmazlıqları aradan qaldırmaq üçün bir ay vaxt verilib.