Bu yaxınlarda Bakı şəhər Sabunçu rayonu Maştağa qəsəbəsi 7 saylı birləşmiş şəhər xəstəxanasının poliklinikasında çəkilmiş bir video yayılıb.
Bu yaxınlarda Bakı şəhər Sabunçu rayonu Maştağa qəsəbəsi 7 saylı birləşmiş şəhər xəstəxanasının poliklinikasında çəkilmiş bir video yayılıb. Videonu yayımlayan uşağın atası Tural Yasinov iddia edir ki, övladının hərarəti 40 dərəcə olduğuna görə xəstəxanaya aparıb, lakin xəstəxanada növbətçi həkim olmayıb. T.Yasinov müraciəti zamanı Səhiyyə Nazirliyinin məsələni araşdırmasını tələb edib.
Məsələ ilə bağlı Axar.az-a danışan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cavid Xəlilov bildirib ki, bu barədə onlara hər hansı bir şikayət daxil olmayıb:
“Həmin şəxs övladını xəstəxanaya aparan zaman orada növbətçi həkimlər olub. Səhiyyə Nazirliyi hazırda sözügedən məsələni araşdırır”.
Xəstəxanada tibb avadanlıqlarının olmaması ilə bağlı isə C.Xəlilov qeyd edib ki, Səhiyyə Nazirliyinin tabeliyində olan hər bir tibb müəssisəsi lazımı avadanlıqlarla təmin olunur.