Nazirlər Kabineti COP29 – un keçiriləcəyi dövrdə ali təhsil pillələri üzrə – Bakı və Sumqayıt şəhərlərində tədrisin distant (məsafədən) formada təşkil olunacağı haqqında qərar verib. Ancaq qanunvericilikdə nəzərdə tutulmasına baxmayaraq, hökumət indiyədək distant formada təhsilin təşkili qaydalarını təsdiq etməyib.
Tribunainfo.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib. O qeyd edib ki, bu təhsil forması qanunvericilikdə nəzərdə tutulsa da Nazirlər Kabineti bu formada təhsil alanların diplomlarını tanımır:
“Uzun illərdir ki, ölkədə bir neçə universitet bu təhsil xidmətinin formalaşması üçün investisiyalar yatırıb, mərkəzlər qurub, kadrlar və rəqəmsal resurslar hazırlayıb. Amma ETN və hökumət hansısa naməlum səbəblərdən bu qaydaları təsdiqləmək istəmir.
Bu səbəbdən də universitetlər bu xidmətləri təqdim etməklə əlavə resurslar qazanmaqdan məhrum olur, təhsil xidmətlərinə əlçatanlıq yetərli olmur, bu formada təhsil almaq imkanları olanların hüquqları məhdudlaşdırılır, ölkənin təhsil sektorunda rəqabətli mühitin inkişafı ləngiyir və s.
Yenə də özümüzdə distant təhsil alanların diplomlarını ETN tanıyacaq, amma xaricdə tanınmış universitetlərdə distant formada oxuyanların diplomlarını tanımayaq”.
Nigar