Ekologiya və Təbii Sərvətlər Nazirliyi tikinti şirkətlərinə rəmzi olaraq ağac hədiyyə edib.
Tribunainfo.az-ın məlumatına görə, hədiyyə Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən tikinti şirkətlərinin nümayəndələri ilə keçirilən ictimai dinləmənə zamanı edilib.
“İstəyirik ki, təbiətə dost münasibət bəsləyəsiniz. “Yaşıl dünya naminə həmrəylik ili”ndə ətraf mühitə həssas yanaşasınız. Ağac kəsməyəsiniz, əksinə ağac əkəsiniz”, – tədbirdə qeyd olunub.