Problemli tikinti şirkətlərindən olan “Teymuroğlu Construction” Mənzil Tikinti Kooperativi ilə bağlı məhkəməyə müraciət edilib.
Tribunainfo.az xəbər verir ki, MTK ilə bağlı iddianı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti irəli sürüb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. “Teymuroğlu Construction” MTK icarə müqaviləsinin şərtlərinə əməl etməyib.
MTK ilə bağlı iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilib. 4 noyabr tarixində hakim Leyla Əliyevanın sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, “Teymuroğlu Construction” MTK 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 100 manatdır. Qanuni təmsilçisi Emil İmanov Elnur oğludur.
Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar