2 saylı Şərur-Kəngərli Seçki Dairəsindən deputatlığa namizəd Siyavuş Novruzovun məmur qohumları Seçki Məcəlləsinin tələblərini pozurlar. Bu barədə Tribunainfo.az saytında dərc olunan xəbərin linkinə keçid edərək ətraflı öyrənə bilərsiniz. Məsələ ilə bağlı həmin şəxslərin cəzalandırılıb – cəzalandırılmadığını dəqiqləşdirmək üçün Gənclər və İdman Nazirliyinin mətbuat katibi Qabil Mehdiyevlə əlaqə saxladıq. Lakin o, bu faktlara susqunluq nümayiş etdirərək münasibət bildirmədi.