Nazirlik qeyri-iş günləri ilə əlaqədar məktəblərin iş qrafikini açıqladıbackend

Nazirlik qeyri-iş günləri ilə əlaqədar məktəblərin iş qrafikini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Elm və Təhsil Nazirliyi qeyri-iş günləri ilə əlaqədar məktəblərin iş qrafikində edilən dəyişikliyə aydınlıq gətirib.

Tribunainfo.az-ın məlumatına görə, nazirlikdən bildirilib ki, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq qərarına əsasən, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində cari həftə son iş günü 4 noyabr, növbəti həftənin iş günləri 6, 7 noyabr, bayramdan sonra ilk iş günü isə 13 noyabrdır.

Altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində cari həftə son iş günü 4 noyabr, növbəti həftənin iş günləri 6, 7 noyabr, bayramdan sonra iş günləri 10-11 noyabr tarixləri müəyyən olunub.