NAZİRLİK QAZİNİ İNTİHAT HƏDDİNƏ ÇATDIRIB… “BU DƏFƏ DƏ TƏDBİR GÖRÜLMƏS DƏ İNTİHAR EDƏCƏYƏM”

NAZİRLİK QAZİNİ İNTİHAT HƏDDİNƏ ÇATDIRIB… “BU DƏFƏ DƏ TƏDBİR GÖRÜLMƏS DƏ İNTİHAR EDƏCƏYƏM”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 44 günlük müharibədə ağır yaralanan, psixoloji travma almış qaziyə 3 ildir əlillik dərəcəsi vermir. Qazi artıq intihar həddindədir.

Tribunainfo.az xəbər verir ki, bu haqda müharibə iştirakçısı İlkin Hüseynov social şəbəkə hesabında yazıb. O bildirib ki, bu onun sonuncu müraciətidir və bu dəfə də tədbir görülməsə intihar edəcək:

“Mən 2-ci Qarabağ müharibəsində iştirak etmişəm, oktyabr ayının 20-si Qubadlı uğrunda gedən döyüşlərdə sağ ayağımdan yaralanmışam. Müharibənin bitməsindən 3 il keçməsinə baxmayaraq, mənə nə əlillik dərəcəsi təyin olunur, nə də birşey. Bu yaralanmadan əlavə də psixaloji travma almışam, ağrılarım günü gündən artır, müalicə üçün “Yaşat” fonduna da müraciət edəndə deyilir ki, sizin əlillik dərəcəniz yoxdu, sizə köməklik edə bilmərik.

Mənim nə o imkanım var ki, gündə rayondan Bakıya gəlim etiraz aksiyası edim, nə də səhhətim ona imkan vermir. Son paylaşımım budur. Bu ayın sonuna qədər lazımi orqanlardan mənimlə maraqlanan olmasa, intihar edəcəm. Nə yaşama gücüm var, nə də əsəblərm uje bu haqsızlığa tab gətirir.