Nazirlik protokol tərtib etdi – Türk iş adamı məhkəməyə müraciət etdi

Nazirlik protokol tərtib etdi – Türk iş adamı məhkəməyə müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyənin məşhur iş adamı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin qərarından məhkəməyə üz tutub.
Qaynarinfo-nun məlumatına görə, “Kolin İnşaat Turizm Sanayi ve Ticaret Anonim Şirketi”nin ölkəmizdəki Nümayəndəliyinin baş direktoru Barış Altıparmak tərəfindən xidmətin 555.3 maddəsi ilə protokol qərarından Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edib.
İşə hakim Babək Pənahovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, 555.3 maddəsinə əsasən bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə – min səkkiz yüz manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir.