Energetika Nazirliyi fərdi sahibkar Əzizov Əsəd Qacar oğlu ilə satınalma müqaviləsi bağlayıb.
Tribunbainfo.az xəbər verir ki, “Qaynarinfo”nun məlumatına görə, müqavilədə mebel və avadanlıqların satın alınması nəzərdə tutulur. Tenderin maliyyə dəyəri 7 906 manatdır.
Nazirlik bu məbləğə sahibkardan aşağıdakı malları alacaq:
* Rəhbər kürsüsü – 1 ədəd
* Rəhbər kürsüsü – 2 ədəd
* Müdir, müdir müavini, sektor müdiri kürsüsü – 4 ədəd
* İşçi kürsüsü – 9 ədəd
* Konfrans zalı kürsüsü – 12 ədəd
* Yan masa (90x45x72) – 1 ədəd
* Yan masa (85x35x75) – 1 ədəd
* Yan masa (75x50x72) – 1 ədəd
* Tumba 3 siyirməli – 3 ədəd
* Şkaf (sənəd üçün şüşəli) – 1 ədəd
* Konfrans zalı üçün şkaf – 3 ədəd
* Dəmir seyf – 1 ədəd
Əsəd Əzizova gəlincə, onunla Masallı şəhər bələdiyyəsinin sədr müavini Əsəd Qacar oğlu Əzizovun ad, soyad və ata adı üzt-üstə düşür. Araşdırma zamanı məlum olub ki, tenderdə qalib seçilən sahibkarla bələdiyyə sədrinin müavini eyni şəxsdir.
Əsəd Əzizov bələdiyyə seçkilərinə qatılarkən onun tərcümeyi-halında fərdi sahibkarlıqla məşğul olduğu qeyd edilib.