Nazirlik 61 min manatlıq kreslo alırbackend

Nazirlik 61 min manatlıq kreslo alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 61 min manatlıq krelo alır.
Qaynarinfo xəbər verir ki, nazirlik bununla bağlı elan etdiyi tenderə yekun vurub. Tenderin qalibi isə “Rems” MMC olub.
Tenderin şərtlərindən məlum olur ki, qurum 50 ədəd rəhbər, 250 ədəd işçi, 55 ədəd isə qonaq kresolsu almaq istəyir.
“Rems” MMC yeni yaranan şirkətdir. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından aydın olur ki, MMC ötən ilin sentyabrında qeydiyyatdan keçib. Beləliklə, məlum olur ki, şirkət 8 aydır fəaliyyət göstərir.

 

MMC-nin nizamnamə kapitalı 10 AZN-dir. Şirkətin qanuni təmsilçisi isə Tağıyev Elmir Maarif oğludur. Açıq mənbələrdə “Rems” və Elmir Tağıyev haqqında heç bir məlumat yoxdur.
Dövlət satınalmalarının vahid elektron portalında yerləşdirilən məlumatları inciləyərkən “Rəms” MMC-nin 8 ay müddətində heç bir satınalma müsabiqəsində iştirak etmədiyi bəlli olur.
“Dövlət satınalmaları haqqında” Qanunun 6.2.1-ci maddəsində qeyd edilib ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. 8 aydır fəaliyyət göstərən şirkətin bu kriteriyalara cavab verəcəyi inandırıcı görünmür.