Nazirlik 6 milyona yeni şirkət yaratdı

Nazirlik 6 milyona yeni şirkət yaratdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Zireh MMC-ni dövlət qeydiyyatına alıb.

Tribunainfo.az xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Müdafiə Sənayesi Nazirliyinə (MSN) məxsus Bakı Cihazqayırma Zavodu MMC ilə eyni – Bakı şəhəri, Sabunçu rayonu, 18 oktyabr küçəsi, 106, nizamnamə kapitalı 6 milyon manat, qanuni təmsilçisi isə Abas Nazir oğlu Quliyevdir.

O, həm də adı çəkilən zavodun direktorudur.

“Zireh”in Müşahidə Şurasının üzvləri də açıqlanıb. Bunlar MSN-nin Maliyyə və uçot şöbəsinin müdir müavini Səbinə Rafiq qızı Mustafayeva, nazirliyə məxsus “Azərsilah” Müdafiə Sənayesi Holdinqinin aş Direktorun müavini və Baş Maliyyə Direktoru Orxan Aydın oğlu Yusibov, eləcə də Fərahim Pərviz oğlu Hüseynzadədir.