Vergilər Nazirliyi bir sıra kütləvi informasiya vasitələrində vergi ödəyicilərinə nazirliyin göndəridiyi SMS-lərin oxunmamasına görə vergi ödəyicilərinə 100 manat məbləğində cərimə tətbiq edilmsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov TİA.AZ-a bildirib ki, KİV-lərdə yayılan xəbərlər özündə heç bir həqiqəti əks etdirmir:
“Bu, yanlış informasiyadır, belə bir şey yoxdur. Dərc etməzdən əvvəl mətbuat nümayəndələrindən xəbəri dəqiqləşdirmələrini xahiş edirik”.