Nazirlər Kabineti qiymətlərlə bağlı qərar verdibackend

Nazirlər Kabineti qiymətlərlə bağlı qərar verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısında dəyişiklik edilib.

Nazirlər Kabinetindən verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nın 35-ci hissəsi ləğv edilərək, dövlətə məxsus daşınmaz və daşınan əmlakın qiymətlərinin müəyyən edilməsi xidməti dövlət tənzimlənməsindən çıxarılaraq sərbəst şəkildə müəyyənləşdiriləcəkdir.