Nazirin əmri ilə verilən keçilər öldü –  Məşğulluq Mərkəzi heyvanları tələb edirbackend

Nazirin əmri ilə verilən keçilər öldü – Məşğulluq Mərkəzi heyvanları tələb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Əmək və əhalinin sosial müdafiəsi naziri Salil Babayevin müvafiq əmri ilə Dövlət Məşğulluq Agentliyinin 10 saylı Ərazi Məşğulluq Mərkəzi filialı tərəfindən “özünüməşğulluğa kömək göstərilməsinə dair” vətəndaşa verilən 22 baş keçi “yoxa çıxıb”.
Qaynarinfo-nun məlumatına görə, 10 saylı Ərazi Məşğulluq Mərkəzinin əməkdaşları tərəfindən monitorinqlər keçirilib, nəticədə 11 fevral 2022-ci il tarixli aralıq və 15 dekabr 2022-ci il tarixli yekun monitorinqi aktlarına əsasən, cavabdehə verilmiş “Keçicilik təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 20 baş keçi, 2 baş təkə və 400 kq qarışıq yem aşkar edilməyib.
Agentlik tərəfindən cavabdehə ünvanlanmış 23 dekabr 2022-ci il tarixli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində geri qaytarılması tələb edilib. Bunun üçün məhkəməyə müraciət edilib.
Məhkəmədə vətəndaş Şaiq (şərti) izahatında göstərib ki, 2 iyul 2021-ci il tarixdə mərkəzin əməkdaşları tərəfindən ona 20 baş dişi keçi və 2 baş təkə verilib. Həmin heyvanların sağlam olmaması, habelə yaşlı olmalarını aşkar edilib. Belə ki, xırdabuynuzlu heyvanlardan 10 başı 2021-ci ilin oktyabr ayınadək ölərək tələf olub. O, qalan 12 baş xırdabuynuzlu heyvanı 2022-ci ilin oktyabr ayında 5 baş balalı ana qoyun ilə dəyişdirib. Bundan əlavə, bu barədə 10 saylı Ərazi Məşğulluq Mərkəzi filialına yaxınlaşaraq məlumat verib və ona “istədiyi kimi hərəkət etməsi” bildirilib.

Həmçinin, heyvanların tələf olması ilə bağlı əvvəlcə iddiaçı agentliyə yaxınlaşıb, agentliyin nümayəndələri isə ona müvafiq baytar aktını əldə etməsininin zəruri olduğunu bildiribər. Bundan sonra baytarlığa müraciət edib, bununla əlaqədar olaraq heyvanlara baxış keçirilib, müvafiq akt tərtib edilsə də, sənəd baytarda qalıb. Həmçinin qeyd edib ki, keçiləri qaytarmağa maddi imkanı yoxdur. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edib.
Siyəzən rayon Məhkəməsi isə dövlət qurumunun iddasını qəbul edərək, vətəndaşdan keçilərin 10 saylı Ərazi Məşğulluq Mərkəzi filialına qaytarılması barədə qərar verib.
Qeyd edək ki, mətbuatda Dövlət Məşğulluq Agentliyinin İdarəsi tərəfindən “Özünüməşğulluq Proqramı” çərçivəsində vətəndaşlara verilən heyvanların qotur olması və digər xəstəlikdən dünyasını dəyişməsi barədə məlumatlar dərc edilir. Bu narazılıqlar illərdir yüzələrlə vətəndaşlar tərəfindən dilə gətirilsə də, hələ də  qoca və yaşlı heyvanların vətəndaşlara verilməsi hallarına rast gəlinir.